Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Səbrim tükənir" -Qurban Qurbanov
"Əvvəlcə dünənki qələbə münasibəti ilə "Sabah"ı təbrik edirəm. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram. Böyük uğurdur. Buna ancaq sevinməliyik. Özümüzə gəldikdə, pis hazırlaşmamışıq. Bir neçə gün vaxtımız oldu, səmərəli istifadə edə bildik".
Sportfm.az sportal.az saytına istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Dİnamo" (Kiyev) ilə sabah keçiriləcək cavab matçı üçün təşkil edilən mətbuat konfransında deyib.
- Hesabda 0:1 geridə olsaq da, çalışacağıq ki, yaxşı nəticə əldə edək. İnanıram ki, futbolçular oyuna tam köklənəcəklər. Qarşımızda yaxşı müdafiə olunan rəqib var. Amma inanıram ki, yaxşı nəticə üçün futbolçular ən yaxşısını edəcəklər.
- "Dinamo"ya qarşı ilk oyuna pis başlamamışdınız. Sonradan fərdi səhvlər oldu. Bunların səbəbi nədir?
- Səbəblər var. Çox da rotasiya etməmişdik. Hücum xəttində etmişdik. Cəbrayıl Makrekkis ilk dəfə əsas heyətdə idi. Əvvəlki oyunlarda özünü pis tərəfdən göstərməmişdi. Oyunun gedişatında da pis deyildi. Sadəcə ola bilər ki, daha aktiv olmaq lazım idi. Rəqib sənə səhv etməyə şərait yaradır. Bəzən oyunun tempi aşağı olanda səhvlər olur, bəzən rahat davranırsan. Temp aşağı olanda rəqib sənə daha tez yaxınlaşır. Bu da səbəb ola bilər. Hər bir halda, səhvləri aradan qaldırmalıyıq. Yaxşı nəticə qazanmaq istəyiriksə, texniki səhvlər azalmalıdır. Təcrübəli oyunçular üçün futbolun dili birdir.
- Komanda 3 oyundur qol vura bilmir. Bu, hər hansı psixoloji basqı yaratmır?
- Yaradır. Desəm ki, yaratmır, düzgün olmaz. İllərboyu bu işin içindəyəm və bunu normal qarşılayıram. Futbolçular nə qədər keyfiyyətli oynasalar, o qədər inamlı olurlar. Qol vurmamaq istənilən komandada olur. Bunu aradan qaldırmağa çalışırıq. Komandalar bizə qarşı çox yaxşı müdafiə olunurlar. Qol vurmaq üçün daha artığını etməliyik. Bir az da öz planımızdan kənarda qaldıq. Zədə, bəzi oyunçuların tam hazır olmaması... Hər şey yoluna düşəcək.
- İlk matçda hücumda Aleksey Kaşuk oynayırdı...
- Kaşukun ən üstün cəhəti vuran ayağıdır. Onun qol vurmaq qabliyyəti yaxşıdır. Məşqlərdə də ən sərrast oyunçulardan biridir. Sadəcə ola bilər ki, o mövqe onun üçün bir o qədər də uyğun deyil. Duruma görə belə addım atdıq. Sabah üçün yenə götür-qoy edirik. Amma ümumi götürsək, oyunçular arasında fiziki cəhətdən ən hazırlıqlı odur. Sefas da var, o mövqedə oynaya bilər. Sabah hansısa rotasiyalar edəcəyik. Buna baxmayaraq, Kaşuk bir neçə qol epizoduna girdi, sadəcə istifadə edə bilmədi. Fikrimizi yayındıracaq halda deyilik.
- Abdullah Zubirin "Qarabağ"dan gedəcəyi ilə bağlı şayiələr yayılıb...
- Hər dəfə deyirəm ki, cavab verməyə ehtiyac yoxdur. Sabahkı oyuna hazırlaşırıq.
- 51 künc zərbəsindən yararlana bilməmisiniz. Bunu problem kimi qəbul edirsiniz?
- Problem varsa, hamısını qəbul edirəm. Standart vəziyyətlərdən qol vura bilmiriksə, problem qəbul edirəm. Amma o demək deyil ki, bunun üzərində işləmirik. Məşqlərdə istifadə edirik. Ola bilər ki, hansısa anda alınmır. Bəlkə də hansısa dönəm əksi olacaq. Küncdən zərbədən xeyli qollarımız var. Problem varsa, bunu niyə qəbul etməməliyəm? Ən yaxşı vaxtımızda da problemimiz olub.
- Cəbrayıl Makrekkis "Dinamo" ilə ilk oyunda qırmızı vərəq ilə cəzalandırıldı və ona sakit yanaşdınız. Amma xatırlayıram, vaxtı ilə Kevin Medina və Miçel Madeyra qırmızı vərəqə ilə meydandan qovulanda onlara çox sərt reaksiya vermişdiniz. Bu, onu göstərir ki, ilk matçda artıq gedişatla razılaşmışdınız, yoxsa illər sizi daha səbirli edib?
- İnanın ki, illər məni səbirdən çıxarıb (gülür). Yavaş-yavaş səbrim tükənir. Orada oyun epizodları var. Futbolçu üçün gözlənilməz qırmızı vərəqədir, rəqibi görmürsən, səni qabaqlayır. Bu cür epizodlarda penalti də olur. Həmin epizod fərqli idi. Miçel və Kevin Medina? Medina Ağadadaş Salyanskiyə qarşı sərt oynamışdı. Ona görə əsəbiləşmişdim. Miçelə nə qədər əsəbiləşsəm də, ən çox sevdiyim oyunçulardan biri olub. Məşqlərdə də çox danışırdı, işini 100 faiz yerinə yetirirdi. Ona bildirmişdim ki, qarşıda vacib oyun var, vərəqəyə diqqətli yanaşmalıyıq. Miçelə ona görə əsəbibləşmişdim. Adam bəzən sadə epizdolara görə əsəbiləşir (gülür).
- Sizə elə gəlmir ki, Zubir mərkəzdə oynayanda daha az effektiv olur? Komandada Kadi Borges və Montiel var ki, daha çox effekt verə bilərlər...
- Bilirsiz, bu sual haqda oynamayan oyunçular düşünməlidir. Hansı ki, məhz o mövqedə çıxış edirlər. Onlar düşünməlidir ki, o mövqenin oyunçusu ola-ola oynamırlar, başqa mövqeyin oyunçusu orada oynayır. Amma Zubirdən həmişə sol vinger kimi effekt görmüşük. Hər bir halda, istənilən komandada, istənilən oyunda 1-2 rotasiya ola bilir.

Oxşar xəbərlər
"Nəriman daha yaxşı oynaya bilərdi" - Qurban Qurbanov
"Montieldən çox razı qaldım" - Qurban Qurbanov
Qurban Qurbanov: "Daha yaxşı performans göstərməyə hazırıq"
"Amma onun potensialı bu deyil" - Qurban Qurbanov
"Özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq" - Qurban Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası