reklam
“Qarabağ”ın matçından öncə FAN ZONA
Sportfm.az xəbər saytı

“Qarabağ”ın matçından öncə FAN ZONA


Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ” “Dinamo Kiyev” ilə qarşılaşacaq.
Sportfm.az xəbər verir ki, qarşılaşmadan öncə azarkeşlər üçün “Azersun Holdinq”in təşkilatçılığı ilə Tofiq Bəhramov stadionunun önündə xüsusi fan zona yaradılacaq. Fan zonada əyləncəli proqram 13 avqust 18:00-dan başlayacaq. Proqram çərçivəsində müxtəlif oyunlar, DJ performansı və digər əyləncələr azarkeşlərin ixtiyarında olacaq. Eyni zamanda holdinqə aid “Azərçay”, “Joyzz”, “Zeytun Bağları”, “Bizim Süfrə”, “Azərsüd”, “Shokki Mokki”, “Bizim Tarla” markaları gələn qonaqlara öz məhsullarını ikram edəcəklər.
Qeyd edək ki, “Qarabağ” futbol klubu 2001-ci ildə “Azərsun Holdinq” tərəfindən himayəyə götürülüb və geridə qalan illər ərzində mühüm uğurlar qazanaraq Azərbaycan idman tarixində adını qızıl hərflərlə yazdırıb.

Oxşar xəbərlər

"Qarabağ" "Dinamo" ilə oyuna hazırdı - FOTOLAR
“Qarabağ” Kiyev “Dinamo”suna rəqib oldu - Konfrans Liqası
"Qarabağ"ın matçında fan-zona - FOTO
"Qarabağ"ın baş sponsorunda yeni rəhbər - FOTO
“Qarabağ” – “Linkoln” matçından öncə açıq məşqlərin vaxtı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər