reklam
Murad qol hesabını açdı
Sportfm.az xəbər saytı

Murad qol hesabını açdı


Azərbaycanlı vinger Murad Məmmədovun çıxış etdiyi Kiprin “Pafos” klubu Avstriyanın “Red Bull” klubuna qarşı Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda 3:3 hesablı heç-heçə edib. İlk görüşdə “Pafos” 0:1 hesabı ilə uduzmuşdu.

Sportfm.az xəbər verir ki, Limassolda keçirilən qarşılaşmada Məmmədov 82-ci dəqiqədə meydana çıxıb. Cəmi iki dəqiqə sonra, 84-cü dəqiqədə, komandasının üçüncü qolunu vuraraq “Pafos”un heyətində ilk qolunu rəsmiləşdirib.

Bununla belə, “Pafos” iki oyunun nəticəsinə görə 3:4 hesabı ilə məğlub olub və Avropa Liqası ilə vidalaşıb.

Kipr klubu avrokuboklarda mübarizəni Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.

Oxşar xəbərlər

Murad "Pafos"a kömək edə bilmədi - Avropa Liqası
Mahir Emreli "Rakuv"da qol hesabını açdı - Konfrans Liqası
Murad Məmmədov Kipr klubunda - RƏSMİ
"Neftçi"nin futbolçusu Kipr klubunda - Transfer
"Kopenhagen" Almaniya səfərində - Konfrans Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər