Qurban Qurbanov: "Onlar qələbə üçün meydana çıxacaq"
Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında “Qarabağ" səfərdə “Çelsi”nin qonağı olacaq.
Sportfm.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:
“Çelsi” dünyanın ən güclü klublarından biridir və bu mövsüm Çempionlar Liqasının qalibi olmağa namizəddir. İlk oyunda belə rəqiblə qarşılaşmağımız fərqli bir görüntüdür. “Çelsi”nin baş məşqçisi də dünyanın ən güclü məşqçilərindəndir.
Bilirik ki, ilk dəqiqələrdən rəqib bizi müdafiəyə oturtmağa cəhd edəcək. Lakin biz də hücum etməkdən çəkinməyəcəyik, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Rəqibin heyətində hər hansı bir futbolçunu fərqləndirməyim düzgün deyil. Rəqibdə ehtiyat oyunçu anlayışı yoxdur, meydana kim çıxırsa “Çelsi”ni təmsil edir. Antonio Konte çox ambisiyalı məşqçidir, inanmıram ki, hansısa oyuna məqsədsiz şəkildə çıxsın. Çelsi"nin heyəti güclü futbolçulardan ibarətdir və rəqibdən asılı olmayaraq, sabah onlar qələbə üçün meydana çıxacaq”.
Komandanın müdafiəçisi Yakub Jezniçak da öz fikirlərini bildirib:
“Bu, bizim Çempionlar Liqasında ilk oyunumuzdur. Qrupumuzda rəqiblərimiz çox güclüdür, amma buna baxmayara qəlimizdən gələni edəcəyik. Rəqibin hücumçusu Alvaro Morata “Real”da oynayarkən ona qarşı oynamışam. Rəqibin hücum xəttində kimin olmasından asılı olmayaraq, onları dayandırmağa çalışacam”.
Oxşar xəbərlər
"Bizə ən gözlənilməz rəqib düşdü” - Qurban Qurbanov
Qarabağdan xəbərsiz Simeone “Qarabağ” haqda nə düşünür?
Qurban Qurbanov:"Rəqibin gücünü hamı gördü"
"Turnir bizim üçün yaxşı təcrübə olacaq" - Qurban Qurbanov
"Qarabağ" ilk səfərini Londona edəcək - təqvim bəlli oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası