reklam
“Kəpəz” – “Qəbələ” matçının biletləri satışda
Sportfm.az xəbər saytı

“Kəpəz” – “Qəbələ” matçının biletləri satışda


Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində sentyabrın 12-də “Kəpəz” və “Qəbələ” komandaları arasında keçiriləcək matçın biletləri satışa çıxarılıb.
Sportfm.az xəbər verir ki, “sarı-göylər”in son ev oyunu ilə müqayisədə biletlərin qiymətində dəyişiklik yoxdur. Belə ki, ən ucuz biletlər 2, ən bahalılar isə 20 manata satılır. Biletləri həm “iticket.az” saytı vasitəsilə, həm də Gəncə Şəhər Stadionunun kassalarında almaq mümkündür.

“Kəpəz”in cari mövsüm doğma meydançada keçirdiyi hər iki görüşdə azarkeş sayına görə rekord qeydə alınıb. Avqustun 30-da “Turan Tovuz”la matçı 13500 tamaşaçı izlədiyi halda, sentyabrın 4-də stadiona daha çox – 15 min tamaşaçı gəlib.

Oxşar xəbərlər

ÇL-in matçının biletləri satışda
“Neftçi” – “Kəpəz” matçının biletləri satışda
“Qarabağ” – “Səbail” matçının biletləri satışda - Misli Premyer Liqası
"Turan-Tovuz" - "Neftçi" matçının biletləri satışa çıxarılıb
“Qarabağ” – “Kəpəz” matçına biletləri satışda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər