reklam
Daha bir iş adamı futboldan üz döndərdi - Azərbaycanda
Sportfm.az xəbər saytı

Daha bir iş adamı futboldan üz döndərdi - Azərbaycanda


Azərbaycanda futbola sərmayə qoymaq istəyən daha bir iş adamı bu idman növündən üz döndərib.

Yeni yaradılan "Göyçə" klubunun prezidenti Mübariz Məmmədov fikrindən daşınıb.

Sportfm.az xəbər verir ki, buna səbəb onun klubunun birinci divizionda iştirak üçün şərtlərlə qarşılaşması olub. "Futbol+" qəzetinin məlumatına görə, PFL prezidenti Ramin Musayev ondan tələb edib ki, divizionda iştirak etməkdən ötrü baş məşqçi Bəhmən Həsənovu və bəzi futbolçuları komandasından qovsun. Buna səbəb kimi onların adının oyun alverində hallanması göstərilib. Klub prezidenti isə həmin şəxslərə 50 min manat maaş ödədiyini, şərti qəbul edə bilməyəcəyini deyib. Nəticədə "Göyçə" çempionata buraxılmayıb.

Qəzetin sorğusuna cavabında Məmmədov qısa danışıb: "Mənim kiminsə diqtəsiylə oturub-durmaq fikrim yoxdu. Futboldan gedirəm. Xərclədiyim pullara gəlincə, zərərin yarısından da qayıtmaq xeyirdi".

Oxşar xəbərlər

Azərbaycanda futbol klubunun prezidenti saxlanıldı - SON DƏQİQƏ
Rövnəq Abdullayevin ən yaxın adamı getdi
“Millinin bəzi futbolçularının bukmeker kontorları ilə əlaqəsi var” - Ramin Musayev
"Bu, Azərbaycan futboluna qarşı namərdlikdir" - Ramin Musayev
Ramin Musayev:"Matçın nəticəsi ləğv olunacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər