reklam
“Sabah” – “Slaviya” matçına neçə bilet satıldı?
Sportfm.az xəbər saytı

“Sabah” – “Slaviya” matçına neçə bilet satıldı?


UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək “Sabah” – “Slaviya” (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Klub rəsmisi sözügedən oyun üçün paket biletlərlə birlikdə 45 minə yaxın biletin satıldığını söyləyib.

“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün indiyədək ümumilikdə 100 mindən çox bilet satılmışdı.

“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını Bakı Olimpiya Stadionunda keçirəcək. “Bayquşlar” oktyabrın 13-də “Slaviya”nı qəbul edəcək.

Oxşar xəbərlər

“Sabah”ın oyununa 5 min bilet satıldı - Çempionlar Liqası
“Qarabağ”ın matçına 26 mindən çox bilet satıldı
"Sabah"ın Avropa Liqası matçına 5000 minə yaxın bilet satıldı
Azərbaycan - Slovakiya matçına 4 minə yaxın bilet satıldı
Azərbaycan - Avstriya matçına beş minə yaxın bilet satıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər