reklam
Bu gün cüdoçularımız medalsız qaldı -
Sportfm.az xəbər saytı

Bu gün cüdoçularımız medalsız qaldı -Dünya çempionatı


Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, dünya çempionatının ikinci günündə Azərbaycanı dörd cüdoçu tatamidə təmsil edib və hamısı medalsız qalıb.

52 kq

Qadınların yarışında Gültac Məmmədəliyeva ilk görüşündə İsrail təmsilçisi Gefen Primoya qalib gələrək 1/8 finala yüksəlib. Burada isə Avstraliya təmsilçisi Tinka İstana qalib gəlib. 1/4 finalda Gültac Məmmədəliyeva İtaliya təmsilçisi Odette Giuffridaya məğlub olub.

Daha sonra o, təsəlliverici görüşdə monqolustanlı Uranzaia Bayanmunxa da uduzub.

66 kq

Ruslan Paşayev ilk görüşündə Türkmənistan təmsilçisi Sərdar Rəhimova qalib gələrək 1/8 finala yüksəlib. Lakin 1/8 finalda İtaliya təmsilçisi Valerio Aççoqliyə məğlub olaraq mübarizəni dayandırıb.

Nizami İmranov isə ilk görüşündə Gürcüstan təmsilçisi Važa Margelaşviliyə qalib gələrək 1/16 finala yüksəlib. Burada Rusiya təmsilçisi Ramazan Abdullayevə uduzaraq mübarizəni başa vurub.

Turan Bayramov startda Finlandiya təmsilçisi Saşa Luukasa məğlub olub və turnirdə çıxışını başa çatdırıb.

Qeyd edək ki, hazırda komandamızın aktivində bir medal var. Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb.

Oxşar xəbərlər

Daha dörd cüdoçusu mübarizəyə başlayır - Dünya çempionatı
2 qızıl və 2 bürünc medal şansı - Avropa çempionatı
Cüdo millimiz Parisdən Bakıya qayıdır - Olimpiada
Ramil Qasımov Azərbaycana Rioda ilk qızıl medalını qazandırdı
Rio-2016: Orxan Səfərov medalsız qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər