reklam
Hidayət qələbə ilə başladı -
Sportfm.az xəbər saytı

Hidayət qələbə ilə başladı -Dünya çempionatı


Bakıda cüdo üzrə dünya çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mundialın üçüncü günündə Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulur. Görüşlər saat 10:30-da başlayıb.

73 kq

73 kq çəki dərəcəsində 2024-cü ilin Olimpiya və dünya çempionu Hidayət Heydərov da ilk görüşünü keçirib. O, 1/32 finalda Akil Qyakova (Kosovo) ilə qarşılaşıb və qələbə qazanıb. O, 1/8 finalda Finlandiya təmsilçisi Olin Valtteri ilə ilə üz-üzə gələcək.

Eyni çəkidə Rəşid Məmmədəliyev ilk mərhələdən azaddır. O, 1/16 finalda Adil Osmanov (Moldova) - Castin Lemir (Kanada) cütünün qalibi ilə qarşılaşacaq.

57 kq

Qadınların yarışında 57 kq çəki dərəcəsində Xədicə Qadaşova 1/32 finalda qırğızıstanlı Janar Joldoşeva ilə üz-üzə gələcək.

Xatırldaq ki, hazırda Azərbaycan millisinin aktivində 1 medal var. Əhməd Yusifov (60 kq) dünya çempionatının qızıl medalını qazanıb.

Oxşar xəbərlər

Daha dörd cüdoçusu mübarizəyə başlayır - Dünya çempionatı
Bakıda cüdo üzrə dünya çempionatı başladı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
"Hido" finalda - PARİS - 2024
Ümidimiz Hidayət Heydərov yarımfinalda - PARİS - 2024

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər