reklam
5 boksçumuz 1/4 finalda -
Sportfm.az xəbər saytı

5 boksçumuz 1/4 finalda -Avropa Çempionatı


Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha 5 idmançısı adını 1/4 finala yazdırıb.

Həsrət Məmmədov (46 kq) Camal Dustiyevlə (Rusiya) gücünü yoxlayıb və 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. Təmsilçimiz 1/4 finalda Kristian Mezeslə (Slovakiya) qüvvəsini sınayacaq.

Qardaş Rəhimov (54 kq) Şon Kellini (İrlandiya) məğlub edib. Boksçumuz rəqibinə 3:2 (28:29, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Mikita Beskaravainy (Belarus) ilə üz-üzə gələcək.

Əli Abaslı (60 kq) Zeki Uğurdan (Türkiyə) güclü olub. Hər 3 raundu xeyrinə bitirən milli üzvü yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb. Abaslı 1/4 finalda Aleksandru-Ahile Buhanuyukla (Moldova) döyüşəcək.

Yusif Həsənli (66 kq) Lukas Fulanoviçi (Xorvatiya) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). O, növbəti görüşündə Raul Barone (İtaliya) ilə münasibətinə aydınlıq gətirəcək.

Hidayət Məmmədov (70 kq) isə Joel Şutsa (İsveçrə) qalib gəlib - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Boksçumuz 1/4 finalda Sandro Tsimtsba (Rusiya) ilə qarşılaşacaq.

Bu boksçularımız 1/4 döyüşlərinə oktyabrın 8-də çıxacaqlar.

Qeyd edək ki, daha əvvəl millimizin daha 6 idmançısı adını 1/4 finala yazdırıb, daha 3 boksçumuz isə 1/8 final döyüşünə çıxacaq.

Oxşar xəbərlər

Daha 3 boksçumuz 1/4 finalda - Avropa çempionatı
İki idmançımız AÇ-nin 1/4 finalında
Dörd boksçumuz 1/4 finalda - Avropa çempionatı
Boksçularımız Avropa çempionatının finalında
Boksçularımız qələbə ilə başladı - Avropa Çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər