Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamıza cəza, cəza dalınca!
Azərbaycan millisinin ağırlıqqaldıranı Boyanka Kostovanın orqanizmində istifadəsi qadağan olunan preparatın tapılması rəsmən açıqlanıb.
Komanda.az xəbər verir ki, Kostovanın adı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının açıqladığı siyahıda yer alıb.
2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında bolqar əsilli güləşçidən götürülən analiz təkrar yoxlamada müsbət nəticə verib. Onun orqanizmində deqidroxlorometiltestosteron və stanozolol maddələri aşkarlanıb. Milliləşdirilmiş güləşçimiz yenidən yoxlanacaq. Ondan götürüləcək B testi də müsbət nəticə versə, o, diskvalifikasiya olunacaq.
Ötən həftə yığmamızın daha 6 ağırlıqqaldıranı dopinqdə "ilişmişdi”. ABŞ-ın Hyuston şəhərində təşkil olunan dünya çempionatında dopinq testdən keçə bilməyən Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov və İntiqam Zairov 8 il müddətinə diskvalifikasiya olunub. Onların cəzaları 2023-cü ilin dekabrında yekunlaşacaq. Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. Onun cəza müddəti isə 2019-cu ilin dekabrınadək nəzərdə tutulub. Həmçinin Xristovun həmin çempionatda qazandığı bürünc medalı əlindən alınıb.
Oxşar xəbərlər
Azərbaycan idmançısının cəza müddəti açıqlandı
Dünya çempionumuzda dopinq aşkarlandı
Daha bir ağırlıqqaldıranımızda dopinq tapıldı
Rio-2016: Azərbaycanın daha üç lisenziyası əlindən alındı
Azərbaycanın 4 lisenziyası əlindən alına bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası