reklam
Həkimi olmayan klublar cərimələndi -
Sportfm.az xəbər saytı

Həkimi olmayan klublar cərimələndi -Qərar


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda Azərbaycan 2-ci liqasının 7-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Ağstafa Gəncləri”– “Qaradağ Lökbatan” oyununda “Ağstafa Gəncləri” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimə edilib.

Matçın 60-cı dəqiqəsində “Ağstafa Gəncləri” komandasının 7 nömrəli futbolçusu Hüseyn Alıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyunluq cəzalandırılıb, klub 50 manat cərimə edilib.

"Difai”– “Şəki” oyununda “Şəki” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimə edilib.

“Şəki” komandasının həkimi olmadığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə klub dahaı 250 manat cərimə edilib.

“Zəngəzur” - “Şirvan” oyununda “Şirvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimə edilib.

“Şəmkir” - “Hypers” oyununda “Şəmkir” komandası təşkilati-texniki öhdəlikləri pozduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə klub 200 manat cərimə edilib. Matçın 74-cü dəqiqəsində “Hypers” komandasının 4 nömrəli futbolçusu Saleh Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyunluq cəzalandırlıb, klub 50 manat cərimə edilib.

Oyunun 61-ci dəqiqəsində “Hypers” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 300 manat cərimə edilib.

“Dinamo” - “Kür-Araz” oyununda “Dinamo” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimə edilib. “Kür-Araz” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimə edilib.

“Marafon” - “Ağdaş” oyununda “Ağdaş” komandasının həkimi olmadığına görə klub 100 manat cərimə edilib.

“Marafon” - “Ağdaş” oyununda “Ağdaş” komandasının ehtiyat skamyasında adı protokolda olmayan şəxs olduğuna görə klub 100 manat cərimə edilib.

Oxşar xəbərlər

AFFA yol pulu olmayan "Quba" komandasını cərimələdi
AFFA cəzaları açıqladı - Qərar
AFFA klubları cərimələdi - Qərar
İkinci liqa komandasına texniki məğlubiyyət verildi
AFFA klubların cəzasını açıqladı - QƏRAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər