7 medal qazanıb Vətənə qayıtdılar
Sloveniyanın Maribor şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Sportfm.az xəbər verir ki, mötəbər turnirdə 3 qızıl, 2 gümüş və 2 bürünc qazanan, medalların əyyarına görə kişilərin komanda hesabında birinci olan, komanda yarışlarında isə bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.
Qeyd edək ki, Avropa çempionatında ölkəmizi təmsil edən Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov (73 kq), Zelim Kotsoyev (100 kq) qızıl, Rəşxan Baxışəliyev (55 kq), Murad Fətiyev (73 kq) gümüş, Gültac Məmmədəliyeva (48 kq) və Nəzakət Əzizova (52 kq) isə bürünc medal qazanıblar.
Oxşar xəbərlər
Şotlandiyadan 14 medalla
Gənc cüdoçularımız Avropa birinciliyində 6 medal qazandılar
Avropa Çempionatının qəhrəmanları vətənə döndü - FOTO
Polşada tarix yazan millimiz Bakıya döndü - FOTO
Cüdoçularımız İspaniyadan medallarla qayıtdılar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası