reklam
Olimpiya çempionu olan MOK prezidenti paytaxtımıza gələcək
Sportfm.az xəbər saytı

Olimpiya çempionu olan MOK prezidenti paytaxtımıza gələcək


Rumıniya Milli Olimpiya və İdman Komitəsinin (MOK) prezidenti Mihay Kovalyu Azərbaycana gələcək.

Sportfm.az xəbər verir ki, bu barədə "Report”a müsahibəsində Rumıniya MOK-un prezidenti M. Kovalyunun özü bildirib. O, nümayəndə heyəti tərkibində sentyabrın 29-da Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illiyinə həsr olunan mərasimə qatılacağını açıqlayıb.

Qeyd edək ki, 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında, 2005-ci il dünya və 2006-cı il Avropa çempionatında qılıncoynatma növündə qızıl medal qazannış Mihay Kovalyu 2016-cı ilin noyabrında Rumıniya MOK-un prezidenti seçilib.

Oxşar xəbərlər

Jak Roqqe vəfat edib - İtki
Avropa Olimpiya Komitəsinin yeni prezidenti bilindi
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Yaponiyada - FOTO
Yığmanın baş məşqçisi Beynəlxalq Olimpiya Komitəsinin mükafatına layiq görüldü
Prezident İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib -FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər