Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
EURO 2016: Mübarizəni dayandıran ilk komanda
Fransada keçirilən Avropa çempionatında mübarizəni dayandıracaq ilk komandanın adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Ukrayna millisinin qrup mərhələsindən sonra evinə dönəcəyi artıq dəqiqləşib.
"C" qrupunda Almaniyadan sonra ikinci turda Şimali İrlandiyaya da 0:2 hesabı ilə məğlub olan ukraynalılar axırıncı tur öncəsi sonuncu pillədə qərarlaşıblar. Aktivində xal olmayan Mixaylo Fomenkonun yetirmələri son görüşdə qələbə qazansalar və 3-cü sıradakı Şimali İrlandiya yenilsə, bu iki komandanın xalları bərabərləşəcək. Belədə şəxsi oyunlar əsas götürülür ki, Şimali İrlandiya bu baxımdan üstündü. Bu da o deməkdi ki, Ukrayna yığmasının qrupu sonuncu pillədə tamamlayacağı qaçılmazdı.
İki turdan sonra Almaniya və Polşanın aktivində 4, Şimali İrlandiyanın isə 3 xalı var.
Qeyd edək ki, qrupun son turunda Almaniya Şimali İrlandiyanı sınağa çəkəcəksə, Ukrayna Polşa ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
Bu gün Avro-2024-ün seçmə mərhələsində 7 matç
Ukrayna Şimali Makedoniyaya, İtaliya Maltaya qarşı - AVRO-2024
Yığmamız Şimali İrlandiyaya uduzdu
Rəqiblər son oyunda müəyyənləşəcək
DÇ-2018: Almaniyadan darmadağın, Çexiya Şimali İrlandiya ilə bacarmadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası