reklam
AVRO-2020-ni keçirəcək şəhərlərə UEFA-dan qadağa
Sportfm.az xəbər saytı

AVRO-2020-ni keçirəcək şəhərlərə UEFA-dan qadağa


2020-ci il Avropa çempionatının keçiriləcəyi 13 şəhərdə 2019-2020 mövsümünün avrokubok finalı keçirilməyəcək.

Sportfm.az xəbər verir ki, UEFA Çempionlar Liqası və Avropa Liqasının həlledici qarşılaşmalarını digər ölkələrin təşkil etməsinə imkan yaratmaq istəyi ilə bu addımı atıb. Bu qərar UEFA Super Kubokuna şamil olunmayacaq.

Qeyd edək ki, AVRO-2020 qitənin 13 şəhərində təşkil olunacaq. Bunlar Bakı ilə yanaşı, Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Roma (İtaliya), Münhen (Almaniya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan), Brüssel (Belçika) və Qlazqo (Şotlandiya) şəhərləridir. 2018-2019 mövsümündə Çempionlar Liqasının finalı Madriddəki "Metropolitano" stadionunda, Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Həmin il UEFA Super Kuboku uğrunda görüş isə Türkiyənin İstanbul şəhərindəki "Wodafone Arena"da baş tutacaq.

Oxşar xəbərlər

AVRO-2020-nin əsas mərhələsinin püşkü atılacaq - SİYAHI
AVRO-2020-nin pley-off mərhələsinin püşkü atıldı - SİYAHI
Bakı Olimpiya Stadionu UEFA-nın sərəncamında olacaq
UEFA AVRO-2020-nin təqvimini təsdiqləyəcək
AVRO-2020-nin mükafat fondu açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər