reklam
Boksçularımız Avropa birinciliyində iki bürünc medal qazanıblar
Sportfm.az xəbər saytı

Boksçularımız Avropa birinciliyində iki bürünc medal qazanıblar


Bolqarıstanın Albena şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyi başa çatıb. Azərbaycan millisi yarışda iki bürünc medal qazanıb.

Sportfm.az xəbər verir ki, Vaqif Kazımovun rəhbərlik etdiyi komandada Səlim Səlimov (63 kq) və Murad Allahverdiyev (75 kq) fəxri kürsüdə yer alıblar.

Səlim Səlimov Miçak Jarlinski (Polşa) və Elvin Əliyevə (Ukrayna) qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə ingiltərəli Cek Olifantla qarşılaşan boksçumuz finala adlaya bilməyib.

Murad Allahverdiyev isə moldovalı Pavel Platonu, belaruslu Denis Lapuşanskini və ermənistanlı Rafael Hovannisyanı mübarizədən kənarlaşdırıb. Azərbaycan təmsilçisi yarımfinalda bolqarıstanlı Daniel Lyubenov səddini keçə bilməyərək bürünc medalla kifayətlənməli olub.

Birincilikdə 32 ölkədən 260 boksçu qüvvəsini sınayıb.

Oxşar xəbərlər

Boksçularımız Qazaxıstandakı turnirdə bürünc medal qazandı
Boksçumuz Avropa çempionatında bürünc medal qazandı
Boksçularımız Avropa birinciliyində medal qazandı - FOTO
Vrbas rinqi boksçular üçün düşərli oldu - 3 medal qazandıq
Boksçularımız həlledici döyüşə adlarını yazdırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər