reklam
Qurban Qurbanov:
Sportfm.az xəbər saytı

Qurban Qurbanov:"Qrupda üç favorit var"


UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda sabah "Qarabağ" evdə İtaliyanın "Roma” klubu ilə qarşılaşacaq.

Sportfm.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyundan öncəki mətbuat konfransında öz fikirlərini bildirib:"Bizim qrupda üç favorit var."Roma" çox peşəkar komandadır. Çətin olacaq, ancaq azarkeşlərimizi sevindirmək istəyirik. Təzyiq həmişə olur. Çempionlar Liqası fərqli turnirdir. Bizim də təcrübəmiz var. İnamlı oyun sərgiləmək istəyirik. Zədəli olan Ansi Aqollinin durumu sabah bəlli olacaq. Miçel dünən cəzalanıb. Rəqibi canlı izlədikdən sonra gördüm ki, bir komanda nə qədər peşəkar ola bilər. İtaliya klublarının gücü hər kəsə məlumdur. Roma klubu iki il ardıcıl olaraq A seriyasında gümüş medal qazanıb".

Komandanın yeni transferi Pedro Enrike də tədbirdə iştirak edib:"Komandamla bu turnirdə oynadığım üçün çox sevinirəm. Çempionlar Liqasında oynamaq qürurvericidir. Evdəki ilk oyunumuzda yaxşı nəticə qazanmaq üçün çalışacağıq".

Oxşar xəbərlər

Qurban Qurbanov: "Azarkeşlərimizi sevindirmək istəyirik”
Qurban Qurbanov:"Rəqibin gücünü hamı gördü"
Di Françesko:"Əsas nəticə idi"
Di Françesko:"Rəqibin tarixinə böyük hörmətlə yanaşıram"
"Turnir bizim üçün yaxşı təcrübə olacaq" - Qurban Qurbanov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər