İspaniya yığmasının məşqi yarımçıq qaldı - Pikeyə görə
"Barselona"nın ulduz futbolçusu Jerard Pike İspaniya milli komandası ilə çıxdığı son məşqdə sərt reaksiyalarla üzləşib.
Oktyabrın 1-də Kataloniyada keçirilmiş müstəqillik referendumu İspaniya Krallığı tərəfindən qeyri-qanuni elan edildikdən sonra ölkədə gərgin hadisələr başlayıb.
Sportfm.az xəbər verir ki, Kataloniyanın müstəqilliyini dəstəklədiyini dilə gətirən Pike yüzlərlə insanın yaralanmasına səbəb olan hadisələrlə bağlı çox duyğusal açıqlamalar verib.
Lazım olarsa, İspaniya milli komandasını tərk edə biləcəyini söyləyən katalon ulduz elə ilk məşqdəcə azarkeşlərin sərt reaksiyası ilə üz-üzə qalıb.
Tərəfdarlar 30 yaşındakı futbolçu haqqında təhqir dolu şüarlar səsləndiriblər. Vəziyyətin gərginləşdiyini görən yığmanın məşqçilər korpusu 23 dəqiqə sonra komandanı soyunub-geyinmə otağına qaytarıb.
Oxşar xəbərlər
"Barselona"nın futbolçusu klub alır?
Pike İspaniya millisindən getdi
UEFA "Əsrin komandası"nı açıqladı
İspaniya futbolu və "Barselona"nı nə gözləyir? - Təhlükə qapıda
Pike cəzalandırıla bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası