reklam
Azərbaycan millisinin seçmə mərhələ üçün heyəti açıqlanıb
Sportfm.az xəbər saytı

Azərbaycan millisinin seçmə mərhələ üçün heyəti açıqlanıb


On doqquz yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.

Sportfm.az xəbər verir ki, yığmamızın heyətinə Şahin Zəkiyev (“İnter”), Murad Popov (“Qəbələ”), Məmməd Hüseynov (“Qarabağ”), Hüseyn Seyligli, Mətin Gülər (hər ikisi “Beşiktaş”, Türkiyə), Əsgər Hüseynov, Elçin Əsədov (hər ikisi “Qarabağ”), Ricat Qarayev (“İnter”), Yusif Həsənov (“Qarabağ”), Murad Qayalı (“İnter”), Bahadur Həziyev (MOİK), Pilağa Mehdiyev (“Qarabağ”), Murad Mahmudov (“Eintracht Frankfurt”, Almaniya), Fərid Nəbiyev (“Slaviya Praqa”, Çexiya), Rafael Məhərrəmli (“İnter”), Ekincier Barış (“Bochum”, Almaniya), Süleyman Əhmədov (“Qarabağ”), Ceyhun Muxtarlı (“İnter”), İbrahim Əliyev (“Qarabağ”) və Doğukan Oksuz (“Trabzonspor”, Türkiyə) dəvət olunublar.

Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində millimiz oktyabrın 4-də İrlandiya, üç gün sonra Serbiya, oktyabrın 10-da isə Kipr yığmaları ilə qarşılaşacaq.

Oyunlar İrlandiyada keçiriləcək.

Oxşar xəbərlər

Millimizin Fransa və İsveçrə ilə oyunlar üçün heyəti açıqlandı
Milan Obradoviç 23 futbolçunu millidə çağırdı - SİYAHI
“Slaviya”nın oyunçusu millimizə dəvət olundu
Rəşad Sadıqov millimizin düşərgəsinə çağırıldı?
"Beşiktaş"ı tərk edib Azərbaycana gəldilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər