reklam
Alesio da Silva:“Komandamın oyunundan razı qaldım”
Sportfm.az xəbər saytı

Alesio da Silva:“Komandamın oyunundan razı qaldım”


Futzal üzrə UEFA kubokunun əsas mərhələsində ilk oyununu keçirən “Araz” Bosniya və Herseqovina çempionu ilə qarşılaşmadan 5:2 hesablı qələbə ilə ayrıldı. Sportfm.az saytı xəbər verir ki, təmsilçimizin baş məşqçisi Alesio da Silva oyunla bağlı AFF-nin facebook səhifəsinə fikrini bildirib: “Oyun gərgin keçdi. Bu da təsadüfi deyil. İlk oyunlar hər zaman gərginliyi ilə yadda qalır. Çətinliyə baxmayaraq, vacib olan qələbəni qazandıq. Komandamın oyunundan razı qaldım. Oyunun videoyazısına sabah baxacam və çatışmazlıqları aradan qaldırmağa çalışacam. Bu gün çoxsaylı qol epizodlarından istifadə edə bilmədik. Bu da qarşıdakı oyunlarda bizə problem yarada bilər. Ona görə bunun üzərində mütləq işləməliyik. Taktiki planda və intizam baxımından uşaqlardan razı qaldım. Demək olar, dediklərimi icra edə bildilər”.

Qeyd edək ki, təmsilçimiz növbəti oyununu oktyabrın 12-də, Bakı vaxtı ilə saat 17:30-da Malta çempionu "St Andreus"a qarşı keçirəcək.

Oxşar xəbərlər

Da Silvanın arqumentləri bitmir: "Əvəzetmələrdən az istifadə etdik”
Joze Alesio narazı qalıb: "Belə oynamamalıyıq"
Alesio da Silva:"Yaxşı ki, bu vəziyyət çox davam etmədi"
Rövşən Hüseynli:“Komanda olaraq buna hazırıq”
"Araz" ilk oyunda qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər