"Neftçi"nin qələbəsini gözləyən Mişo! -XATİRƏ
Son qarşılaşmada “Neftçi” inamlı qələbə qazandı. Tərlan Əhmədov baş məşqçi təyin olunduqdan sonra “özünə gələn” flaqmanın qalibiyyət sevincini yaşayanların sırasında bu dəfə Müsəllim Haqverdiyev yox idi. Bakının Nəsimi rayonundakı 5 nömrəli orta məktəbdə oxuyarkən, tez-tez dərsdən qaçıb oyunlarına baxmağa getdiyi “Neftçi”ni yalnız buraxmışdı Müsəllim. Görüşü tribunadan yox, dünyalar qədər sevdiyi, Binəqədidə iki ay əvvəl öz əli dəfn etdiyi anasının yanından izləyirdi.
Son illər əzəli rəqib “Xəzər Lənkəran” Bakıya gəlmir, Mişo da cənuba yollanmırdı. Xəstəlik 25 yaşlı “Forza Neftçi”lini əldən salmışdı. Tezliklə sağalıb, işə düzəlmək istəyirdi. Ağır lenfoma xəstəliyi ilə mübarizə aparanda belə “Neftçi”ni unutmurdu. Ən böyük sevincini “Qarabağ”ı 2:1 məğlub edib, 8-ci çempionluğu qazananda yaşamışdı. Unuda bilmirdi o qələbəni Müsəllim! Dostlarına, tezliklə sağalacağını, tribunaya qayıdacağını deyirdi. Əynində ağ-qara rənglərə bürünən formasıyla doğma “Neftçi”ni dəstəkləyərək oxuyurdu – “Neftçi”, “Neftçi”, “Neftçi” bizim çempion...
"Neftçi"nin sadiq fanatı Müsəllim Haqverdiyevin əziz xatirəsinə
Oxşar xəbərlər
"Neftçi"dən 500-cü qələbə
"Neftçi" qış çempionu oldu - 9-cu dəfə
"Neftçi"nin yubiley qələbəsi
"Forza Neftçi" tribunadan getdi!
"Neftçi" 3 il yarım bu anı gözlədi!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası