reklam
38 yaşlı qapıçı meydanda keçindi
Sportfm.az xəbər saytı

38 yaşlı qapıçı meydanda keçindi


İndoneziyanın "Persela Lamonqan" klubunun 38 yaşlı qolkiperi Hoyrol Huda meydanda keçinib.

Sportfm.az xəbər verir ki, o, ölkə çempionatında "Sepi Padanq" klubu ilə qarşılaşma zamanı iki futbolçu ilə toqquşmadan sonra yerə yıxılıb.

2:0 hesabla başa çatan "Persela Lamonqan"-"Semen Padanq" matçının birinci hissəsinin sonunda ev sahiblərinin cərimə meydançasında Huda komanda yoldaşı Ramon Rodriges və rəqib komandanın oyunçusu Marsel Sakramento ilə toqquşub.

Yerə yıxılan Huda huşunu itirib. Stadionda olan tibb personalı ona ilkin yardım göstərib, Huda xərəkdə meydandan çıxarılıb. Hospitala aparılarkən Huda yolda keçinib.

Hoyrol Huda 1999-cu ildən bəri heyətində oynadığı "Persela Lamonqan"ın canlı əfsanəsi sayılırdı.

Oxşar xəbərlər

İsgəndərlinin komanda yoldaşı oyun zamanı dünyasını dəyişdi
18 yaşlı futbolçu oyun zamanı keçindi - Faciə
Millinin üzvü oyun zamanı dünyasını dəyişdi - 26 yaşında
Futbolçu oyun zamanı dünyasını dəyişdi - VİDEO
Şimşək çaxdı, futbolçu huşunu itirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər