reklam
Veteran güləşçilərimiz dünya çempionatında iki medal qazandı
Sportfm.az xəbər saytı

Veteran güləşçilərimiz dünya çempionatında iki medal qazandı


Bolqarıstanın Plovdiv şəhərində veteran güləşçilərin dünya çempionatı keçirilib.

Sportfm.az xəbər verir ki, pəhləvanlarımız çempionatı 1 qızıl və 1 gümüş medalla başa vurublar.

Sərbəst güləş yarışlarında “B” divizionunda mübarizə aparan Mayis İbadov (70 kq) ardıcıl olaraq Almaniya, Moldova və Bolqarıstan təmsilçilərinə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə İran idmançısına da qalib gələn Mayis İbadov veteranlar arasında dünya çempionu olub.

Yunan-Roma güləşi yarışlarında “D” divizionunda mübarizə aparan Rövşən İsmayılxanlı (130 kq) isə çempionatı ikinci sırada tamamlayıb. Həlledici görüşdə Polşa idmançısına məğlub olan təmsilçimiz mundialın gümüş medalına yiyələnib.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib.

 

Oxşar xəbərlər

Veteran güləşçimiz dünya çempionu oldu
Güləşçilərimiz Avropa çempionatında 6 medal qazandı - FOTO
Güləşçimiz Avropa çempionatında qızıl medal qazandı
Təxti Kubokudan 1 qızıl və 1 bürünc medal
Güləşçilərimiz dünya çempionatında 10 medal qazanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər