Yenə "Qarabağ", yenə gücləndirilmiş iş rejimi
Oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”-“Atletiko Madrid” Oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində çalışacaq.
Sportfm.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, eləcə də digər metro stansiyalarının ətrafındakı dayanacaqlarda marşrut xətlərinin fəaliyyətinə nəzarət əlavə canlı qüvvə cəlb edilməklə gücləndiriləcək. Oyundan sonra “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən sərnişinlərin vaxtında, rahat və təhlükəsiz daşınması əvvəlcədən nəzərdə tutulan plana uyğun olaraq təmin ediləcək. “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən şəhər mərkəzi, həmçinin ətraf kənd və qəsəbələrə xidmət edən 32 marşrut xətti üzrə avtobusların hərəkət intervalı əlavə nəqliyyat vasitələri cəlb edilməklə maksimum dərəcədə azaldılacaq.
Oxşar xəbərlər
DYP vətəndaşlara müraciət etdi - "Qarabağ" - "Bazel" oyunu ilə bağlı
Azarkeşlər üçün ekspress marşrut xətləri təşkil edəcək - BNA BNA
17 marşrutun hərəkət sxemi dəyişdirildi - Formula 1-ə görə
“Qarabağ”-“Çelsi” oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq
Avtobuslarla 35 mindən çox sərnişin daşındı - RƏSMİ AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası