reklam
Şahmatçılarımız Yunanıstanda yarışacaqlar
Sportfm.az xəbər saytı

Şahmatçılarımız Yunanıstanda yarışacaqlar


Oktyabrın 28-dən noyabrın 6-dək Yunanıstanın Krit adasının Kreta-Maris şəhərində şahmat üzrə Avropa komanda çempionatı keçiriləcək. Çempionatda Azərbaycanın kişi şahmatçılardan və qadın şahmatçılardan ibarət komandaları iştirak edəcəklər.

Sportfm.az xəbər verir ki, kişi şahmatçıların komandasında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qadir Hüseynov, qadın şahmatçıların yığmasında Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova, Günay Məmmədzadə və Xanım Balacayeva iştirak edəcəklər.

Şahmatçıların Avropa komanda çempionatı İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq. Komandaların heyətində şahmatçılardan dördü əsas, biri ehtiyat hesab olunur.

Kişi şahmatçıların turnirində 39, qadınlarda 32 komanda iştirak edəcək.

Oxşar xəbərlər

Teymur və Şəhriyar olimpiadada
Avropa çempionatında Azərbaycanı beş şahmatçı təmsil edəcək
Şahmatçılarımız 43-cü Şahmat Olimpiadasına qələbə ilə başladı
Avropa çempionatında 6 qadın şahmatçımız mübarizə aparacaq
Şahmat millimiz İtaliyaya uduzdu, Litvaya qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər