reklam
KB-75 - «Qəbələ» görüşü öncəsi çəki mərasimi
Sportfm.az xəbər saytı

KB-75 - «Qəbələ» görüşü öncəsi çəki mərasimi


Oktyabrın 21-də təşkil olunacaq “Qəbələ” və Ukraynanın KB-75 klubları arasında boks üzrə beynəlxalq yoldaşlıq görüşü öncəsi çəki mərasimi və mətbuat konfransı keçirilib.

Sportfm.az xəbər verir ki, "Qəbələ" nümayəndə heyətinin rəhbəri Fariz Məmmədov, Azərbaycan millisinin baş məşqçisi Leonid Loivski, komandanın baş məşqçisi Ramiz Mirkamalovun qatıldığı tədbirdə ukraynalıların çalışdırıcısı Sergey Krinitski və baş hakim İqor Biletski iştirak ediblər. Media nümayəndələrinin suallarını cavablandıran rəsmilər yoldaşlıq oyunu və təşkilatçılıq haqda da fikirlərini bildiriblər. Fariz Məmmədov konfrans iştirakçılarına “Qəbələ” haqda məlumat verib, klubun yarandığı gündən indiyədək gördüyü işlərdən, uğurlardan bəhs edib. O, Azərbaycan və Ukrayna xalqlarının dostluq münasibətlərindən danışıb, Krivoy Roq şəhərində göstərilən diqqətə və qonaqpərvərliyə görə təşkilatçılara təşəkkürünü bildirib. Konfransın ardınca isə boksçuların çəki mərasimi baş tutub.
Xatırladaq ki, sabah baş tutacaq və 7 döyüşdən ibarət görüş Krivoy Roq şəhərindəki Gənclər və Tələbələr İdman Sarayında baş tutacaq. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq görüşdə “Qəbələ”ni Ümüd Rüstəmov (56 kq), Elvin İsayev (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmmədəli Tahirzadə (+91 kq) təmsil edəcək.

Oxşar xəbərlər

Azərbaycan boksçusu ilə bağlı sənədli film - Təqdimat
"Qəbələ" - "Dinamo": mətbuat konfranslarının vaxtı açıqlandı
Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
Boksçularımız Odessada beynəlxalq turnirdə çıxış edəcək
"Qəbələ"dən bir ilk - KB-75-ə qarşı döyüşəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər