reklam
Liderin matçı CBC Sport-da canlı yayımlanacaq
Sportfm.az xəbər saytı

Liderin matçı CBC Sport-da canlı yayımlanacaq


Futzal üzrə Yüksək Liqanın 4-cü turunun oyunları oktyabrın 25-də keçiriləcək. 

Sportfm.az saytı xəbər verir ki, buna səbəb həmin gün baş tutacaq "Marafon" - "Yasamal" matçının CBC Sport vasitəsilə canlı yayımlanmasıdır. Həftəsonu Azərbaycan Premyer Liqasının oyunlarının yayımlayan telekanalla Azərbaycan Futzal Federasiyası arasında əldə olunan razılaşmya əsasən, 4-cü turun görüşləri çərşənbə günü baş tutacaq. Qeyd edək ki, bu il Yüksək Liqada debüt edən "Marafon" komandası hazırda 9 xalla turnir cədvəlinə başçılıq edir. 

Yüksək Liqa: IV turun oyun cədvəli
Turun oyunlarının başlama saatını diqqətinizə çatdırırıq:
Saat 14.30 “Marafon Futsal” – “Yasamal” (CBC Sport vasitəsilə canlı yayımlanacaq)
Saat 16.30 “FK.İD.Futsal” – “Araz”
Saat 18.00 “Neftçi” İK – “Xəmsə”

Qeyd: Qarşılaşmalar Bakı İdman Sarayında keçiriləcək. 

Oxşar xəbərlər

"Araz"ın oyunu canlı yayımlanacaq
Yüksək Liqanın bir matçı canlı yayımlanacaq
Turun ikinci matçı canlı yayımda
"Marafon"dan qələbə, "Araz" və "Neftçi"dən 3 xal
Futzal üzrə Yüksək Liqada 4-cü turun oyun proqramı məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər