Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
UEFA-dan 65 min avroluq cəza
UEFA Macarıstan Futbol Federasiyasını cəzalandırıb.
Qol.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Macarıstan millisinin azarkeşlərinin EURO 2016-da qaydalara zidd davranışları səbəb olub.
Qrup mərhələsinin II turunda İslandiya ilə Marseldə keçirilən oyun zamanı macar azarkeşlər pirotexniki vasitələrdən istifadə edib, meydana yad əşyalar atıb və tribunada iğtişaş törədiblər. Bu səbəbdən UEFA Macarıstan Futbol Federasiyasına 65 min avro cərimə kəsib.
Qeyd edək ki, Macarıstan - İslandiya oyunu 1:1 hesabı ilə başa çatıb.
Oxşar xəbərlər
UEFA-dan Gürcüstana ağır cəza
Albaniya Futbol Federasiyasına qarşı intizam işi açıldı
Türkiyə Futbol Federasiyasına ağır cəza - 25 min
Macarıstan millisinə ağır cəza - Azarkeşsiz oynacaq
UEFA "Liverpul" və "Sevilya"nı cərimələdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası