Fariz Nəcəfov: Niyə onlar vuranda "sarı" olur, biz vuranda "qırmızı"?
Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov "Zirə" oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Tribunalarda nə baş vermişdi?
- Azarkeşlərlə polislər arasında anlaşmazlıq yaranmışdı, danışdıq, polislər sağ olsunlar, bizi başa düşdülər, bir neçə azarkeşimizi götürmüşdülər, onları da buraxdılar. Problem yoxdu.
- Hakimlərin ikinci hissədəki idarəçiliyini necə dəyərləndirirsiniz?
- Mən danışsam, obyektiv olmaz, çünki maraqlı tərəfəm. Siz qiymət verin ona. Mənə gəlincə isə, penalti epizodunun təkrarına baxdım, mənə elə gəlir ki, simuliyasiya yox idi.
- Hesab eləmirsiniz ki, ötənilki ssenari yenidən başlayıb? Hansı ki, baş məşqçiniz Roman Qriqorçuk tez-tez deyirdi ki, hakimlər bizə imkan vermirlər...
- O barədə danışmaq üçün hələ çox tezdi. Bir oyunla belə fikirləşmək olmaz. Özümüzdə də günah axtarmalıyıq. İkinci hissədə 10 nəfərlə göstəryidimiz oyunu, ilk hissədə göstərməliydik. Müəyyən səbəblərdən alınmadı oyun. Bizdə də günah var, hər şeyi hakimin üstünə atmaq da düzgün deyil.
- Cavid Hüseynovun qovulması ilə bağlı nəsə bir tədbir olacaqmı?
- Mənə elə gəlir ki, Cavid orda oyunçunu vurmaq istəmirdi. Təkrara baxacağıq. Düşünürəm ki, o, narazılığını kobud şəkildə bildirərkən, əli oyunçuya toxundu. Özündən də soruşarsız, məncə, vurmaq məqsədilə atmadı əlini.
- Bənzər epizod ikinci hissənin sonunda Təmkin Xəlilovla Stankoviç arasında yaşandı. Təmkin sanki vurdu serb oyunçunu...
- Maraqlıdı, niyə onlar vuranda "sarı" olur, biz vuranda "qırmızı"? Niyə eyni vəziyyət bizim qapıya penalti olur, onların qapısına olmur? Çox müəmmalıdır, ona görə də təkrara baxmaq lazımdı. Fariz Yusifov təcrübəli hakimdi. Son vaxtlar bizim çox oynumuzu idarə edib, demək olar ki, nöqsansız olub. Belə oyunlarda, belə səhvlər gərək olmasın.
- Belə səhvlərdən sonra komandanı toparlamaq nə dərəcədə mümkündü?
- Hər uduzduğumuz oyundan, hakim səhvindən sonra ruhdan düşmək olmaz. Bu, yaddan çıxmalıdı, növbəti matça köklənmək lazımdı.
Oxşar xəbərlər
"Normal tonda danışırsan, robot kimi cavab vermirlər" - Aftandil Hacıyev
“Hakim oyuna nəzarət etməlidir” - Ayxan Abbasov
"Bizim oyunlarımız gərgin, əsəbi alınır" - Emin Mahmudov
"Çempionluğu əldən vermişik, ikinci yerə oynayırıq" - Cavid Hüseynov
"Bunlar nəticədə təsdiqini tapdı" - Roman Qriqorçuk
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası