reklam
Məmmədov və Mirzəyev Sloveniyada ən güclü oldu
Sportfm.az xəbər saytı

Məmmədov və Mirzəyev Sloveniyada ən güclü oldu


Sloveniyanın Koper şəhərində cüdo üzrə yeniyetmələrin Avropa kuboku yarışına start verilib.

Sportfm.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, yeniyetmə cüdoçularımız 4 medal qazanıblar.

Qitə yarışında ölkəmizi təmsil edən Azər Məmmədov (50 kq) və Nəriman Mirzəyev (60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Aqşin Baxşəliyev gümüş, Kamran Süleymanov (hər ikisi 50 kq) isə bürünc medal qazanıb.

İlk günün nəticəsinə görə Azərbaycan milli komandası ümumi medal hesabında 1-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 17 ölkədən 230 idmançının (153 oğlani, 77 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 oğlan cüdoçu ilə təmsil olunur.

Oxşar xəbərlər

Cudoçularımız Avropa kubokunda 3 medal qazandı
Cüdoçularımız Avropa birinciliyinin ilk günündə iki medal qazandı - FOTO
Hidayət Heydərov Sankt-Peterburqda bürünc medal qazandı
Hidayət Heydərov dünya birinciliyinin qalibi oldu
Gənc cüdoçularımız Avropa birinciliyində 6 medal qazandılar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər