reklam
Tural Axundov Əzizlini neçə dəqiqədən sonra üzdü?
Sportfm.az xəbər saytı

Tural Axundov Əzizlini neçə dəqiqədən sonra üzdü?


“Neftçi”nin qapıçısı Rəşad Əzızlinin quru seriyası qırılıb.

Sportfm.az PFL-in saytına istinadən xəbər verir ki, ardıcıl 3 oyun qol buraxmamaqla mövsümün rekorduna imza atan qolkiper X turun “Sumqayıt”la matçında rəqibin fərqlənməsinə üzülüb. O, komandasının 2:1 hesabı ilə qalib gəldiyi görüşün 38-ci dəqiqəsində Tural Axundovun penalti zərbəsini dəf edə bilməyib.

Bunadək isə Rəşad “İnter” (2:0), “Səbail” (4:0) və “Kəpəz”lə (1:0) matçlarda qapısını toxunulmaz saxlamışdı. Son qolunu VI turun “Qəbələ” ilə matçının 40-cı dəqiqəsində Baqali Dabodan buraxan Əzizli 357 dəqiqədən sonra topu qapısında görüb.

Qeyd edək ki, bu seriya həm quru oyunların sayında, həm də dəqiqə baxımından mövsümün rekordudur.

Oxşar xəbərlər

"Sabah"dan yeni rekord
“Qarabağ”ın tarixində 3-cü
"Qarabağ"ın qapıçısı İFFHS-in siyahısında
498 dəqiqəlik seriya qırıldı
"Qarabağ"ın qapıçısı 500-ü arxada qoydu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər