Koreyaya getdi, gümüş medal qazandı - Azərbaycanlı idmançıdan böyük uğur
Azərbaycanın triatlon yığmasının üzvü Rostislav Pevtsov Koreya Respublikasının Tongyong şəhərində təşkil olunan sprint üzrə dünya kuboku yarışlarında gümüş medal qazanıb.
Sportfm.az xəbər verir ki, 750 metrlik su məsafəsini idmançımız 8 dəqiqə 36 saniyəyə başa vurub. Ardınca isə 20 kilometrlik velodistansiyanı 27 dəqiqə 5 saniyəyə qət edib. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını R.Pevtsov 15 dəqiqə 7 saniyəlik nəticə ilə başa vurub. Ümumi hesabda R.Pevtsov 52 dəqiqə 2 saniyə vaxt göstəricisi ilə turnirin gümüş medalına sahib olub.
Qeyd edək ki, cari mövsümdə R.Pevtsov üçüncü dəfə dünya kuboku yarışlarında fərqlənib. Bələ ki, triatlonçumuz Çinin Çenqdu şəhərində keçirilən dünya kubokunda gümüş, Honq-Konqda isə qızıl medal qazanıb.
Oxşar xəbərlər
Təmsilçimiz 4-cü oldu
Azərbaycan triatlonçusu 8-ci oldu - Avropa kuboku
Azərbaycanlı idmançı qızıl medal qazandı - Avropa kuboku
Triatlonçumuz Avropa kubokunda gümüş medal qazandı
Triatlonçumuzdan qızıl medal
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi













Misli Premyer Liqası