reklam
Avropa çempionatının keçiriləcəyi ölkə dəyişdirildi
Sportfm.az xəbər saytı

Avropa çempionatının keçiriləcəyi ölkə dəyişdirildi


2018-ci ildə ağırllıqaldırma üzrə Avropa çempionatının keçiriləcəyi ölkə dəyişdirilib.

Sportfm.az saytı report-a istinadən xəbər verir ki, qitə birinciliyi Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq.

Martın 23-dən aprelin 1-dək keçiriləcək yarışın öncədən təyin olunduğu kimi Türkiyənin Antalya şəhərində baş tutmamasına səbəb bu ölkənin Dünya Ağırlıqqaldırma Federasiyası (IWF) tərəfindən bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilməsidir.

Qeyd edək ki, IWF İcraiyyə Komitəsinin sentyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş iclasında Türkiyə ilə yanaşı, Azərbaycan, Ermənistan, Belarus, Çin, Moldova, Qazaxıstan, Rusiya və Ukraynanın bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilməsi ilə bağlı qərar qəbul olunub. Buna səbəb sözgedən ölkələrin 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarında dopinq-testin təkrar analizlərinin müsbət nəticə verməsidir.

Oxşar xəbərlər

Azərbaycan idmançısının cəza müddəti açıqlandı
Ağır atletlərimizə beynəlxalq yarışlarda iştirak icazəsi verildi
Azərbaycan Ağır Atletika Federasiyası 50 min dollar cərimələndi
Azərbaycan ağır atletləri beynəlxalq yarışlardan kənarlaşdırıldı
Azərbaycan ağırlıqqaldıranı olimpiya medalından məhrum edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər