Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qadın güləşçilərimiz dünya kubokunda
Dekabrın 1-2-də Çuvaşiyanın paytaxtı Çeboksarıda sərbəst güləş üzrə qadınlar arasında dünya kuboku yarışları keçiriləcək.
Sportfm.az xəbər verir ki, 8 çəki dərəcəsində yarışlarda Azərbaycan yığması da iştirak edəcək. Azərbaycanın qadın güləşçilərinin rəqibləri Yaponiya, Çin, ABŞ, Monqolustan, İsveç, Ukrayna və Rusiya komandaları olacaq.
Qadınlar arasında sərbəst güləş üzrə dünya kuboku 2001-ci ildən keçirilir. Bu yarışları Yaponiya digər ölkələrdən daha çox – 5 dəfə qəbul edib. 2007-ci ildə qadın güləşi üzrə ilin baş komanda turniri Krasnoyarskda, 2015-ci ildə isə Sankt-Peterburqda keçirilib. Fransa isə bu turnirə 3 dəfə - 2001-ci, 2005-ci və 2011-ci illərdə ev sahibliyi edib.
Oxşar xəbərlər
Dünya kuboku növbəti dəfə Bakıda keçiriləcək Şahmat üzrə
Güləşçilərimiz Dünya Kubokunda iştirak edəcək
Güləşçilərimiz “Zəfər Kuboku”nda finala yüksəldi - FOTO
Qadın güləşçilərimiz Dünya Kuboku uğrunda yarışacaq
Yığmamız Rusiyaya qarşı - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası