Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Xorvatiyalı futbolçu "Barselona"nın hədəfində
Xorvatiya millisinin futbolçusu İvan Perişiç yeni mövsümdən İspaniya La Liqasında çıxış edə bilər.
Qol.az-ın "sport.es"ə istinadən verdiyi məlumata görə, İtaliya "İnter"inin futbolçusu "Barselona"nın maraq dairəsinə düşüb.
Kataloniya təmsilçisinin baş məşqçisi Luis Enrike EURO 2016-dakı uğurlu çıxışı ilə diqqət çəkən Perişiçi komandasında görmək istəyir. "Barselona"nın turnirdən sonra 27 yaşlı futbolçu ilə danışıqlara başlayacağı gözlənilir.
Qeyd edək ki, 2015-ci ildən "İnter"də çıxış edən Perişiç keçirdiyi 34 oyunda 7 qol vurub.
Oxşar xəbərlər
Ulduz futbolçu üçün mövsüm bitdi - Zədə
"İnter" İkardini və Perişiçi itirdi
“Barselona”dan İnyestaya ömürlük müqavilə təklifi
"Barselona"nın futbolçusu "Rubin"də
Ançelotti "Real"ın futbolçusunu istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası