reklam
UEFA qərarını açıqladı: EURO 2016-da irlandlarla italyanların yolu yenidən kəsişdi
Sportfm.az xəbər saytı

UEFA qərarını açıqladı: EURO 2016-da irlandlarla italyanların yolu yenidən kəsişdi


Fransada təşkil edilən Avropa çempionatında növbəti təyinatlar müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, 1/8 final mərhələsinin daha 3 qarşılaşmasının hakimləri açıqlanıb.
 
Ev sahibi Fransanın İrlandiya ilə mübarizəsini təcrübəli italiyalı Nikola Ritsoli idarə edəcək. Turnirin favoritlərindən olan Almaniyanın Slovakiya ilə qarşılaşmasında isə polşalı Şimon Marçinyak ədalət təmsilçisi olacaq.
 
İyunun 26-dakı son qarşılaşmada isə Macarıstanla Belçika üz-üzə gələcək və bu görüşdə serbiyalı referi Milorad Maziç fit çalacaq.
 
Avropa çempionatı - 2016
1/8 final mərhələsi
26 iyun

17:00. Fransa - İrlandiya
Baş hakim: Nikola Ritsoli
Yan xətt hakimləri: Elenito di Liberatore, Mauro Tonolini
Əlavə köməkçi hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Ehtiyat yan xətt hakimi: Vitali Malutşin (Belarus)
Hakim-inspektor: Bo Karlsson (İsveç)
UEFA nümayəndəsi: Martin Sturkenbum (Hollandiya)
Lion. Şəhər stadionu
 
20:00. Almaniya - Slovakiya
Baş hakim: Şimon Marçinyak
Yan xətt hakimləri: Pavel Sokolniçki, Tomaş Listkieviç
Əlavə köməkçi hakimlər: Pavel Raçkovski, Tomaş Musial (hamısı Polşa)
Dördüncü hakim: Byörn Kuypers (Hollandiya)
Ehtiyat yan xətt hakimi: Ervin Zeinstra (Hollandiya)
Hakim-inspektor: Devid Ellari (İngiltərə)
UEFA nümayəndəsi: Adonis Prokopyu (Kipr)
Lill. "Pyerr Morua” stadionu
 
23:00. Macarıstan – Belçika
Baş hakim: Milorad Maziç
Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Curceviç
Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Yonas Eriksson (İsveç)
Ehtiyat yan xətt hakimi: Daniel Varnmark (İsveç)
Hakim-inspektor: Yap Ulenberq (Hollandiya)
UEFA nümayəndəsi: Ales Savrl (Sloveniya)
Tuluza. Şəhər stadionu

Oxşar xəbərlər

Avropa Liqasının oyunlarına hakim təyinatları açıqlandı
EURO 2016: Final matçının hakimi açıqlandı
EURO 2016: Yarımfinalın hakimləri açıqlandı
EURO 2016: Belçika, Almaniya və Fransa 1/4 finalda! - VİDEO
EURO 2016: İtaliya və İspaniyadan qələbə, İsveç heç-heçə ilə başladı - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər