reklam
Böyük Britaniyanın Aİ-dən çıxması “Real”a problem yaradır
Sportfm.az xəbər saytı

Böyük Britaniyanın Aİ-dən çıxması “Real”a problem yaradır


Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxması ilə bağlı referendumun nəticələri futbola da ciddi təsir göstərəcək. Apasport.az Türkiyənin "milliyet.com.tr" saytına istinadən xəbər verir ki, Avropa klubları da bundan sonra transfer məsələlərində rahat hərəkət edə bilməyəcəklər.
 
Xüsusən də, İngiltərədə çıxış edən yüzlərlə xarici futbolçu artıq əcnəbi statusu daşıyacaq. Bu qərar digər ölkə klublarına da zərbə vuracaq. Əsasən də, Madrid "Real”ı Aİ statusunda olmayan futbolçularla bağlı problem yaşayacaq. İspaniyada Avropa İttifaqı ölkələrinin vətəndaşları əcnəbi sayılmırdılar. Hər kluba Aİ statusunda olmayan 3 futbolçu almaq icazəsi verilir.
 
"Real”da bu statusda olan futbolçular Hames Rodriges, Kasemiro və Danilo idi. Ancaq Böyük Britaniyanın Avropa İttifaqından çıxması "Real”da kontingentin artmasına səbəb olub. Çünki yerli statusunda çıxış edən uelsli Qaret Beyl bu qərardan sonra əcnəbilər sırasına qoşulub. İndi "kral klubu” adıçəkilən 4 oyunçudan birini komandadan göndərmək məcburiyyətində qalacaq.

Oxşar xəbərlər

Gülər “Real”da qalacaq
Beyl Madriddə qalacaq
Beyl "Real Madrid"la bağlı qəti qərarını verdi
Roberto Karlos “Real”ın məşqçisi olmaq istəyib
Qaret Beyl ada icarəyə götürdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər