reklam
Rusiyaya yollanacaq bütün yığmalar məlumdur -
Sportfm.az xəbər saytı

Rusiyaya yollanacaq bütün yığmalar məlumdur -SİYAHI


2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan sonuncu - 32-ci ölkənin adı məlum olub.

Sportfm.az xəbər verir ki, mundiala vəsiqə qazanan sonuncu komanda doğma meydanda Yeni Zelandiyaya 2:0 hesabı ilə qalib gələn Peru millisi olub.

Artıq dünya çempionatının iştirakçıları səbətlərə bölünüblər. Belə ki, “A” səbətində Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa, “B” səbətində İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay, “C” səbətində Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran, “D” səbətində Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Koreya Respublikası, Səudiyyə Ərəbistanı və Avstraliya yığmaları yer alıblar.

Oxşar xəbərlər

DÇ-2022-nin təqvimi dəqiqləşib
Dünya Çempionatının təqvimi
Futbol üzrə DÇ-2018-in təqvimi açıqlandı - Hansı yığma, hansı şəhərdə?
DÇ-2018-in püşkü atıldı
DÇ-2018: 29 iştirakçı məlumdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər