reklam
Şahin Diniyev istefa verdi
Sportfm.az xəbər saytı

Şahin Diniyev istefa verdi


"Kəpəz"in baş məşqçisi Şahin Diniyev istefa verib.

Sportfm.az xəbər verir ki, bu barədə apasport.az saytına 51 yaşlı mütəxəssisin özü məlumat verib.

Diniyev bu addımı ölkə çempionatının XII turu çərçivəsində bu gün "Səbail"ə məğlub olduqları oyundan sonra atıb. Qarşılaşma ev sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə nəticələnib.
İstefası haqda qısa danışan Diniyev bunları deyib: "Öz istəyimlə istefa verdim. Qərarımı oyunsonrası mətbuat konfransında açıqladım. Qərarım rəhbərlik tərəfindən qəbul olundumu? Mən sözü bir dəfə deyirəm. İstefa verdimsə, deməli, bu postu tərk edirəm".

Qeyd edək ki, Şahin Diniyev 2015-ci ildən "Kəpəz"i çalışdırırdı.

Oxşar xəbərlər

Şahin Diniyev hakimin "Neftçi"yə köməyindən danışdı
“Otkat”a görə “Kəpəz”dən gedən Diniyev geri dönür - EKSKLÜZİV
Şahin Diniyev:"Komandanın yığdığı bir xala görə utanıram"
Şahin Diniyev:"Azarkeşlərə haqq qazandırardım"
Şahin Diniyev: "Bəsdirin də, bəsdirin"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər