reklam
İdman dırmanması üzrə Şəki turnirinə yekun vuruldu
Sportfm.az xəbər saytı

İdman dırmanması üzrə Şəki turnirinə yekun vuruldu


Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə yeniyetmələr arasında idman dırmanması (boldrinq) üzrə Şəki turniri keçirilib.

Sportfm.az xəbər verir ki, Şəki “AMA” və Qax "Ekstremal" klublarının yeniyetmə idmançılarının iştirak etdikləri turnirdə gərgin idman mübarizəsi aparılıb.

Turnirin birinci günündə təsnifat mərhələləri üzrə yarışlar keçirilib. Bu mərhələlərdən müvəffəqiyyətlə keçən idmançılar yarımfinala vəsiqə qazanıblar. Yarışın ikinci günündə idmançılar yarımfinal və final mərhələlərində birincilik uğrunda güclərini sınayıblar.

Boldrinq üzrə açıq respublika çempionatının seçmə mərhələsinin yekununda 25 idmançı növbəti mərhələyə yüksəlib. Nəticədə ən güclü səkkiz idmançı finala vəsiqə qazanıb.

Çempionatda Yunus Abdurahmanov (AMA) və Əli Osmanlı (Qax Ekstremal) birinci, Elvin Hüseynov (AMA) ikinci, Tural Məhərrəmov (AMA) üçüncü yerə layiq görülüblər.

Qaliblər medal və sertifikatlarla təltif olunublar.

 

Oxşar xəbərlər

Azərbaycan çempionatına yekun vuruldu
Sualtı ovçuluq üzrə açıq Azərbaycan çempionatı keçiriləcək - FOTO
Draytulinq üzrə ölkə çempionatı keçiriləcək
İdman dırmanması üzrə açıq respublika çempionatı keçirilib
İdmançılar bu dəfə qayaya dırmandılar - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər