Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ndlovu "Qarabağ"dan gedir?
"Qarabağ"ın futbolçusu Dino Ndlovu Rumıniyanın ÇFR klubunun maraq dairəsinə düşüb.
Sportfm.az saytı xəbər verir ki, Kluj şəhər təmsilçisi cənubi afrikalı hücumçunu qış transfer dövründə heyətinə cəlb etmək istəyir.
Amma bunun üçün "dəmiryolçular" 27 yaşlı forvardın Ağdam komandasında qalıb-qalmayacağını müəyyənləşdirmək niyyətindədir. Ndlovunun "Qarabağ"la hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır. Hələlik ona yeni müqavilə təklif olunmayıb. Bu halda təcrübəli hücumçu qış fasiləsində istənilən klubla danışıq apara bilər.
Qeyd edək ki, Dino Ndlovu "Qarabağ"da 2016-cı ilin avqustundan çıxış edir. O, indiyədək bütün yarışlarda 23 qol vurub. ÇFR isə Rumıniya çempionatında 18 turdan sonra 40 xalla liderdir.
Oxşar xəbərlər
"Qarabağ"ın sabiq hücumçusu özü barədə yazılan kitabdan danışdı
Dino Ndlovu: "Həmişə qəlbimdə qalacaqsınız"
"Qarabağ"ın futbolçusu rəsmən Çində
Dino Ndlovu üçün uğursuz yubiley
Dino Ndlovu "Qarabağ"da ilk qolunu vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası