Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Futzal turnirində 18 qol vuraraq bombardir oldu
AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və Bakcell şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Memarlıq və İnşaat Universitetinin idman zalında eşitməqüsurlu əlillər arasında keçirilən futzal üzrə “Payız turniri” başa çatıb.
Sportfm.az saytı xəbər verir ki, turnirin qalibi “Şimşək” komandası olub. “Zirvə” 2-ci, “Azəri” isə 3-cü yeri tutub. “Zirvə” komandasından Şövkət Əskərov ən yaxşı qapıçı, “Azəri” komandasından Rüfət Yusifov isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu 18 qol vuran “Şimşək” komandasının üzvü Tural Muxtarov olub.
Oxşar xəbərlər
“Şimşək” “Payız turniri”nin qalibi oldu - FOTO
“Payız turniri" başladı - FOTO
Futzal üzrə “Payız turniri” keçiriləcək
"Yaz turniri"nə yekun vuruldu - FOTO
"Bakı" komandası İnşaat Universitetinin idman zalında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası