reklam
Sportfm.az xəbər saytı

"Atletiko Baku" məğlub oldu, "Obolon" qələbə qazandı


Futzal üzrə İkinci Liqada V turun qalan oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, turun mərkəzi oyununda “Baku Fire-2” – “Atletiko Baku” komandaları qarşılaşıb. Mövsümdə ilk məğlubiyyəti ilə barışan “Atletiko Baku” turnir cədvəlindəki mövqeyini də itirib. İndi liderin ən yaxın izləyicisi “Baku Fire-2” komandasıdır. “İçəri Şəhər” də xalların sayını 13-ə çatdırıb. Amma topların müsbət göstəricisinə görə, komanda üçüncü pillədə yer alıb. Lider “Obolon” isə böyükhesablı qələbə qazanıb. Bu turda rəqib qapısını ən çox VİP FK silkələyib. “Ulduz”u 14 dəfə meydanın mərkəzinə dəvət edən komanda cəmi bir dəfə cəzalandırılıb. “İçəri Şəhər” də bu tur liderlər qrupunda yer alıb.

“Baku Fire-2” – “Atletiko Baku” 3:2
“Avanqard” – “Gənclik” İK 9:4
“Rezident.az” – “Obolon” 2:7
“İçəri Şəhər” – “Baker Hughes” 9:3
“Ulduz” – VİP FK 1:14
“Bədr Xocalı” - “Dalğa” 5:2

Oxşar xəbərlər

"Təbriz"dən 10 top fərqi
"Obolon" "Advokat"a ağır hökm oxudu
Futzal üzrə İkinci Liqada oyun cədvəli məlum oldu
"Atletiko" Bakıda qalib gəldi, "Bədr Xocalı" "Hövsan"ı məğlub etdi
Hövsan futzalçıları "Təbriz"i yendi, "Avanqard" 14 qol vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər