"Qarabağ"ın məşqçisi Danimarkada çalışacaq
"Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi Ruben Selles gələn ildən Danimarkada çalışacaq.
Sportfm.az xəbər verir ki, o, yanvarın 1-dən "Orhus"klubunda işləyəcək.
Təcrübəli mütəxəssis xəbəri təsdiqləyib: "Bəli, mənim Danimarkanın "Orhus" klubundan təklifim var. Orada köməkçi məçqçi kimi işləmək üçün dəvət almışam. Dünən bununla bağlı "Qarabağ" rəhbərliyi və məşqçi heyəti ilə söhbət etdim. Çünki buradan hörmətlə ayrılmaq istəyirəm.
Fikrim "Qarabağ"ın icazəsi ilə təklifi qəbul etmək və Ağdam klubundan ayrılmaqdır. Sağ olsunlar, qərarıma hörmətlə yanaşdılar. Qarşılıqlı şəkildə razılaşdıq. Bir-birimizə təşəkkür etdik. "Qarabağ" böyük klubdur. Böyük ehtimalla yanvarın 1-dən Danimarkada çalışacam".
sport24.az
Oxşar xəbərlər
"Qarabağ"ın sabiq məşqçisi Premyer Liqa klubunda - RƏSMİ
"Qarabağ"ın sabiq məşqçisi "Valensiya"da - Təyinat
“Neftçi” və “Qarabağ”ın sabiq məşqçisi “Valensiya”da
"Qarabağ"da çalışan məşqçi işsiz qaldı
""Qarabağ"ın hədəfi düşüncələrimdən də yüksəkdə idi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası