Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İraq yığması Bakıya nə üçün gəlib? -ÖZƏL
Futzal üzrə İraq yığma komandası təlim-məşq toplanışı üçün Azərbaycana gəlib.
Sportfm.az saytı xəbər verir ki, səfər çərçivəsində iraqlılar Bakıda 10 gün qalmağı planlaşdırır. Artıq İraq yığması Yüksək Liqanı təmsil edən klublarla iki qarşılaşmada qüvvəsini də sınayıb. Olimpik Star İdman və Əyləncə Mərkəzinin zalında EKOL-la qarşılaşan qonaqlar 6-7 hesabı ilə məğlub olub. İkinci matçında Yüksək Liqanın liderlərindən biri olan "Marafon"la üz-üzə gələn İraq millisi 3-1 hesabı ilə yenilib.
Qeyd edək ki, iraqlılar son görüşdə Yüksək Liqanın daha bir təmsilçisi "Yasamal"ı sınağa çəkəcək.
Oxşar xəbərlər
İranlı İraq yığmasının baş məşqçisi oldu
İraq millisi Azərbaycanda təlim-məşq toplanışına başladı
Debütant kuboka iddialı olduğunu sübut etdi
Futzal yığmamız "Araz"a məğlub oldu
Millimiz İraq yığması ilə qarşılaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası