"Xəmsəfan Gəncə" "Neftçi" İK-yə, "Xilə" "Yeni Günəşli"yə qarşı oynayacaq -Azərbaycan Super Liqasının başlama vaxtı bilindi
Azərbaycan Futnet Federasiyasının inzibati binasında qurum rəsmiləri və klub nümayəndələrinin iştirakı ilə futtennis üzrə ilk Azərbaycan Super Liqasının püşkatma mərasimi keçirilib.
Sportfm.az saytı afna.az-a istinadən xəbər verir ki, federasiyanın birinci vitse-prezidenti Samir Məmmədov tədbiri açıq elan etdikdən sonra, klub rəsmiləri çempionatın reqlamenti ilə tanış olaraq, onları maraqlandıran suallara cavab tapıblar. Qonaqlara Super Liqanın rəsmi loqotipi də nümayiş etdirilib.
12 klubun mübarizə aparacağı birinci ölkə çempionatına dekabrın 12-də start veriləcək. Komandalar A və B qruplarında mübarizə aparacaq. İlk turda A qrupunun qarşılaşmaları oynanacaq. B qrupunda ilk turun matçları dekabrın 14-ə təsadüf edəcək. Super Liqanın bütün görüşləri "Marafon" İdman Klubunun idman zalında baş tutacaq. Hər qrupda ən çox xal toplayan 4 komanda çempionatın 1/4 final mərhələsinə yüksələcək. Bu mərhələdən etibarən komandalar olimpiya sistemi üzrə birincilik uğrunda mübarizəni davam etdirəcək. Qeyd edək ki, toplantıdan sonra klub rəsmiləri idman zalında oyun qaydaları ilə yaxından tanış olublar.
Futtennis üzrə Azərbaycan Super Liqası
A qrupu
Xilə
Atletiko Bakı
Yasamal
Nur
Marafon
Yeni Günəşli
B qrupu
Şuşa-2017
Xəmsəfan Gəncə
Meqa
Zülfüqar
Neftçi İK
Veteranlar
Futtennis üzrə Azərbaycan Super Liqası
Birinci tur
(A qrupu)
13 dekabr, saat 15:00
Xilə-Yeni Günəşli
Atletiko Bakı-Marafon
Yasamal-Nur
(B qrupu)
14 dekabr, saat 15:00
Şuşa-2017-Veteranlar
Xəmsəfan Gəncə-Neftçi
Meqa-Zülfüqar







Oxşar xəbərlər
"Atletiko" Şuşa"ya, "Neftçi" "Yeni Günəşli"yə rəqib oldu
"Şuşa" və "Marafon" növbəti qələbələrini qazandı, "Neftçi" İK "Meqa"nı məğlub etdi - Super Liqa davam edir
"Şuşa" komandası Super Liqada ilk qələbəsini rəsmiləşdirdi
Azərbaycanda Super Liqa həyəcanı başlayır
Azərbaycan Kubokunun püşkü atıldı - "Yasamal" "Atletiko" ilə oynayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası