Baş məşqçi mətbuat konfransına "Zorro" kostyumunda gəldi -Alen Delon, yoxsa Antonio Banderas?
Ukraynanın "Şaxtyor" klubunun baş məşqçisi Paulu Fonseka Çempionlar Liqasının 6-cı turunda "Mançester Siti" üzərində qələbədən sonra (2:1) mətbuat konfransına "Zorro"nun kostyumunda gəlib.
Sportfm.az saytı xəbər verir ki, portuqaliyalı məşqçi bununla da 1/8 finala çıxacaqları təqdirdə verdiyi sözə əməl etmiş olub.
"Bu gün demək olar ki, ideal oyun oldu. "Siti"ni udmaq asan iş deyil, biz müdafiədə nizam-intizamlı oynadıq və keyfiyyətli hücumlara çıxdıq. Bu, tarixdə ən gülməli mətbuat konfransıdır, hamı gülür. Hansı "Zorro"nu daha çox bəyənirəm, Alen Delon, yaxud Antonio Banderası? Cavab vermək çətindir. Hazırda daha çox Paulu Fonsekanın "Zorro"su xoşuma gəlir", - deyə o bildirib.
Oxşar xəbərlər
"Fənərbaxça"da yeni baş məşqçi - Müqavilə
"Roma" baş məşqçisini göndərir - RƏSMİ
Mətbuat konfransına silahlı basqın - VİDEO
"Roma"nı "Şaxtyor"dan ayrılan baş məşqçi çalışdıracaq
Sənan Qurbanov mətbuat konfransına niyə qatılmayıb?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası