Qrizmanın yeni komandası məlum oldu
"Atletiko"nun hücumçusu Antuan Qrizmanın gələcək komandası müəyyənləşib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, fransalı forvard mövsümün sonunda "Barselona"ya keçəcək. "Real" və PSJ-nin də maraq dairəsində olan 26 yaşlı futbolçu son olaraq "Mançester Yunayted"dən təklif alıb. Lakin oyunçunun meneceri "qırmızı şeytanlar"ın vitse-prezidenti Ed Vudvordla görüşdə "Barselona" ilə anlaşdıqlarını açıqlayıb və təklifi rədd edib. "Atletiko"nun baş direktoru Migel Anxel Gillə "Barselona"nın prezidenti Xosep Bartomeu arasındakı ilkin razılığa görə, kataloniyalılar mövsüm başa çatan kimi, iyulun 1-nə qədər 100 milyon avro qarşılığında Qrizmanı transfer edəcək. Əks təqdirdə, iyulun 1-dən sonra futbolçunun qiyməti 200 milyon avro olacaq.
Oxşar xəbərlər
"Barselona"ya intizam işi açıldı - Qrizmana görə
"Onu transfer etmək asan olmadı" - "Barselona" prezidenti
Bu yayın ən bahalı transferləri - SİYAHI
"Barselona"dan transfer bombası - Sərbəst qalma dəyəri 800 milyon avro
"Barselona"nın müdafiəçisi "Mançester Yunayted"in hədəfində
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası