Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Kintanadan 2 yubiley
IV turdan təxirə salınan “Səbail” – “Qarabağ” oyununda vurduğu qolla qonaqların qələbəsində pay sahibi olan Dani Kintana ikiqat yubiley qeyd edib.
Sportfm.az PFL-in saytına istinadən xəbər verir ki, matçdakı 2-ci qolun müəllifi üçün bu top tarixi olub. “Səbail”in qapısından keçirilən qol ispaniyalının Premyer Liqada, hamısı “Qarabağ”da olmaqla 20-ci qoludur. O, Ağdam təmsilçisindəki 56-cı matçında ikinci “onluğ”u tamamlayıb. Həmin qol Kintananın ümumilikdə “Qarabağ”dakı 25-ci topdur. O, bu yubileyi 91-ci oyununda rəsmiləşdirib.
Qeyd edək ki, “Qarabağ” səfər oyununda 2:0 hesabı ilə qələbə qazanıb.
Oxşar xəbərlər
"Qarabağ"ın hücumçuları üçün yubiley qolu
Romerodan 10-cu qol
III turu "Qarabağ" və "Neftçi"nin futbolçuları üçün əlamətdar oldu
“Qarabağ”dan mövsümün rekordu
"Qarabağ" "Səbail"i məğlub etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası